Apple MacOS Big Sur - təqdimatdan qısa icmal WWDC 2020
MacOS böyük yeniliklərə məruz qalıb. Yeni sistemin adı MacOS Big Sur olacaq. Sistemin dizaynı müsbət tərəfə dəyişikliklər edilib. Bütün sistem proqramları yenilənib. iOS-da olduğu kimi Vidjetlər (Widgets) əmələ gəlib, bütün yeni sistemlərdə vidjetlərə üstünlük verilir. Control Panel yuxarıda saatın yanına əlavə olunub. Onun köməyi ilə əsas funksiyaları tez bir zamanda yandırıb-söndürmək mümkündür. Message proqramına da axtarmaq, şəkil və memoji əlavə etmək və s. bu kimi yeniliklər əlavə olunub. Maps proqramıda da yenilənib, onunla istifadə daha da yaxşılaşıb, amma qeyd edim ki, bu Azərbaycanda işləmir. Ən böyük yenilənmə Safari-də olub. Safarı Google Chrome-dan 50% daha sürətli olub. İndi əlavə Safarinin içində işləyən proqramlara müvvəqəti və ya birdəfəlik icazə vermək mümkündür. Eyni zamanda Yeni sistemdə Safarinin fonunu dəyişmək, müxtəlif vidjetləri əsas ekranda göstərmək kimi yeniliklərlər olacaq.