Apple Silicon yeni prosessorlar, İntel-dən imtina - təqdimatdan qısa icmal WWDC 2020
Sonda Apple hamını təçübləndirə bildi. Onlar çoxdan gözlənilən prosessorlarını təqdim etdilər. Apple bunu tarixi gün olduğunu bildirdi və yeni təqdim olunan prosessor Apple Silicon adlandırıldı . Silicon Apple şirkətinin istehsalı olan prosessordu. Təqdimatda onlar necə iPhone və iPad üçün prosessorlar yaratdığını və necə yaxşı sürətlə və yüksək keyfiyyətlə işlədiyini qeyd elədi. Silicon prosessorlar desktop prosessorlarından daha sürətli və az enerji işlətməyi ilə fərqlənəcəklər. Bu da avtonom işləmə vaxtını artıracaq. FinalCut və Logic Pro artıq bu prosessorları dəstəkləyir. Microsoft və Adobe proqramları da bu prosessorları artıq dəstəkləyir. Təqdimatda FinalCut Pro-nun 3 4k videonu necə asanlıqla işlətdiyi nümayiş olundu. Bu çox ümidvericidi. iPhone və iPad üçün olan proqramlarıda macOS-də acmaq mümkün olacaq. Silicon prosessorlara keçid 2 il cəkəcək. Bu müddətdə proqramları yeni prosessorlara optimizə etmək üçün proqramçılara Developer Transition Kit adlı Mac mini kompyuteri təqdim olunacaq. Bu Mac mini AZ12 silicon prosessoru, 16GB ram və 512 SSD ilə komplektləçdiriləcək. Bu kompyuterlə proqram təminatı istehsalçıları softlarını yeni prosessorlara uyğunlaşdırmalıdırlar. Developerlər üçün bütün təqdim olunan sistemlər artıq bu gün mövcuddur. Beta testerlər üçün iyulda yükləmək olacaq. Bu payızda isə yeni sistemi hammı yükləyə biləcək.