Apple Watch S6 və iPad Air təqdimatı, Apple Event-də başqa nə təqdim etdi?
Bu gün sizə hər il keçirilən Apple tədbirindən salamlayırıq. Görək Apple bizi nə ilə təcübləndirəcək.
Tədbir bu il sentyabrın 15- kecirildi. Tim Kuk tədbiri acdı. Karona virusun dünyaya və müasir reallığa necə təsir göstərdiyindən və bu səbədən istehsal prosesində qarşılaşdıqları cətinliklərdən danışdı. İlk olaraq Apple Watch saatlarını təqdim etdilər. Apple Watch saatların insanların həyatında necə rol oynadığından və onlara necə kömək etdiyini göstərdilər. Daha sonra Apple Watch -un yeni 6-ci seriyasını təqdim etdi. Keysin ənənəvi rənglərinə əlavə olaraq, Mavi və qırmızı rənglər də satışa buraxılacaq. Birinci dəfədi ki, Apple Whatch saatları Product Red kimi yəni qırmızı rəngdə istehsala buraxılır.
6-ci seriya saatlara aşağıdakı yenilikləri əlavə ediblər:
- Yeni sensorla qanda oksigenin səviyyəsini ölçməyi öyrənib.
- Always on retina display-da ekran artıq sönmür, həmişə saatın siferblatını göstərir.
- Yeni və özünüz düzəltdiyiniz siferblatlar artıq seçmək imkanı var
- Müxtəlif peşə sahibləri üçün, rəngarəng siferblatlar seçmək imkanı
- Siferblatlarda memojilərdən istifadə imkanı
- Family setup funksiyasının köməyi ilə ailənizdə telefonu olmayan şəxslərə birbaşa saatı quraşdırmaq imkanı
- İdmanı sevən istifadəçilər üçün Fitness+ proqramından istifadə etmək imkanı
- EKQ 2-ci versiya
- Yatanda saatı cıxarmamaqla keyfiyyətə nəzarət etmə imkanı
Apple Fitness+ servisini də təqdim elədi. Bu servisə aylıq abunə 9.99$ təşkil edir. Hər həftə yenilənən servisdə Fitnes trenerlərin müxtəlif məşqləri əlavə olunur və real vaxta məşq eləmək mümükündür. Amma təsüflər olsun ki, ilkin mərhələdə bu servis bizim regionda işləməyəcək.
WhatchOS-də olan bütün yenilikləri ekranın yuxarı sağ künçündən cıxan linkə daxil olmaqla baxa bilərsiniz.
Bu təqdimatda Apple hamını təçübləndirərək iPhone-larda olduğu kimi saatlarda da SE seriyasını təqdim etdilər. Apple Watch SE köhnə prosessorlarla işləyir və qiyməti təbii ki daha münasibdi. Yeni seriyada olan yeniliklərin əksəriyyəti bu saatda olmasa da amma Family setup funksiyasını dəstəkləyir. Bu saatlar uşaq və evdəki yaşlı insanlar üçün ideal secimdir. Family setup funksiyasının köməyi ilə siz onları daimi nəzarətdə saxlaya bilərsiniz.
Daha sonra Apple tək abunəlik sistemini təqdim etdi. Apple One adlanan bu sistem, apple-in digər servislərini birləşdirib, bir abunəlik sistemi ilə təklif edir. Apple One tək abunəlik sistemi üçün Apple 3 plan təklif edir.
- İndividual plan - bura daxildi Music, tv+, Arcade, icloud 50GB
- Family plan - bura daxildi Music, tv+, Arcade, icloud 200GB və sizdən başqa ailənin daha 5 üzvü də bu servislərdən istifadə edə bilər.
- Permier plan - bu ən maksimal plandı. Music, tv+, Arcade, icloud 2TB, News+, Fitness+ bu plana daxildi və sizdən başqa ailənin daha 5 üzvü də bu servislərdən istifadə edə bilər.
Apple servislərindən istifadə edən izləyicilərimiz üçün tək servisin olması maraqlı olacaq.
Daha sonra iPad 8 -i A12 bionic prosessorunda təqdim etdilər. iPad 8 artıq Apple Pencil-i dəstəkləyir. Ştatlarda qiyməti 329$, tələbə və şagirdlər üçün 229$ təşkil edir.
Apple nəhayət ki, iPad Air planşetini də yenilədi. Barmağ izi ilə acılmanı əlavə ediblər. Onu power düyməsinin üzərinə yerləşdiriblər. 1-ci dəfə idi ki, iPhone-dan qabaq ən yeni prosessoru iPada yerləşdirirlər. Yeni A14 prosessoru 5 nanometr texnologiya əsasında hazırlanıb və əvvəlki prosessora nisbətən 40% daha sürətli işləyir. Artıq bu planşetdədə klassik lightning girişi yoxdur. Onu usb type-c ilə əvəz ediblər. İndi müxtəlif avadanlıqları birbaşa planşetə qoşmaqla faylları götürmək olar. Birinci dəfədi ki, iPad 5 rəngdə buraxılacaq.
Bunlar:
- Space Grey
- Silver
- Rose Gold
- Green
- Sky Blue
rənglərində olacaq.
iPad Air 64 və 256GB həcmlərdə müştərilərə təqdim olunacaq. Ştatlarda qiyməti 599$-dan başlayacaq.
Təqdimat haqqında demək istədiklərimiz bu qədər. iPhone-u göstərməsələrdə Apple Watch və iPad-larda çox mühüm yeniliklər əlavə olunub. iPadları almaq üçün məsləhət görərdim həqiqətən qiyməti çox münasibdi. Amma təbii ki, bizdə tamamı ilə başqa qiymətlər olacaq.
Diqqətinizə görə təşəkkür edirik. Tədbir barədə siz nə fikirləşirsiniz, şərhlərinizi bildirməyi unutmayın. Kanala dəstək olmaq üçün videonu like edin, paylaşın və kanalımıza abunə olun. Yeni videolarda görüşmək ümüdü ilə, sağolun!